“Hər kəs anlamalıdır ki, Azərbaycan bölgədəki münasibətlərin konfiqurasiyasını düşmənçilikdən əməkdaşlığa dəyişir”.Bəyanatı Ermənistan və Azərbaycan arasındakı sülh platformasının həmsədri Artur Ağacanov, fəallar Leva Yaxşibekov, Valera Yeritsyan, Karina Yeritsyan və başqaları imzalayıblar.Aktivistlər dünya ictimaiyyətinin alimlərini və tarixçilərini Dağlıq Qarabağın yerli xalqlarının tarixinin öyrənilməsinə qoşulmağa çağırıblar.“Dünya elm adamlarına, tarixçilərinə, tədqiqatçılarına müraciət edirik və onları Dağlıq Qarabağdakı tarixi abidələrin mənşəyi, habelə, yerli əhalisi barədə obyektiv araşdırma aparmağı xahiş edirik.
Ermənilərin (haikan mənşəli) Dağlıq Qarabağ ərazisində uzun əsrlərdir yaşadıqlarına dair fikir səhvdir. Dağlıq Qarabağ ərazisində müxtəlif etnik qrupların nümayəndələri yaşayırdı.Onlarla Ermənistanı yalnız kilsə bağlayırdı. Alban kilsəsi 19-cu əsrin əvvəllərində ləğv edildiyi və onun yerini erməni kilsəsi tutuduğu üçün yerli ermənilərin sayından dəfələrlə çox olan ermənilər İran və Türkiyədən Qarabağa köçürüldülər.Beləliklə, separatçıların istinad etməyi sevdikləri azərbaycanlı əhaliyə nisbətən erməni çoxluğu ifadəsi belə yaradılıb.Bizim fikrimizcə, uzun illərdir ki, Dağlıq Qarabağda yaşayan türklər – xristianlar, qıpçaqlar, udinlər, irandilli və digər xalqları səhvən erməni kimi (haikan mənşəli) təqdim ediblər.Həmçinin, Qafqaz Albaniyasının (Arana) bəzi tarixi abidələri, kilsələri, monastırları ermənilərinki kimi təqdim edilib”, – deyə deyə müraciətdə vurğulanıb.Bununla yanaşı, fəallar Qarabağ azərbaycanlılarına həm mənən yaxın olduqlarını, həm də qohumluq əlaqələrini qeyd ediblər.”Qarabağ ermənilərinin etnogenezinə qonşuluqda yaşayan Qafqaz albanlarının tayfaları – ləzgilər, udinlər və başqaları əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Buna görə də etnoqraflar tez-tez deyirlər: “Qarabağ erməniləri arasında, erməni xalqının digər etnik qruplarına nisbətən daha güclü olan Qafqaz komponentidir”.
Xalqımız coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşıyıb. Şərq mədəniyyətini dünya və Avropa mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynayıb. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürüb. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal tolerantlıq məkanıdır. Azərbaycanın dövlət siyasəti də multikulturalist, digər xalqların adət ənənələrinə, dini baxışlarına hörmət üzərində qurulub. Məhz bu səbəbdən də Azərbaycanın tarixi torpaqlarında – Qarabağ və Qarabağ ətrafı ərazilərdə azərbaycanlılarla yanaşı ermənilər də uzun illərdir eynihüquqlu vətəndaşlar kimi yaşayıblar. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır.
Masallı rayonu, Şatıroba kənd sakini
Vüsal Məmmədzadə