8 mart 1857-ci ildə ABŞ-da New York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa çox işləmə saatlarına, bununla yanaşı, pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qəbul edilir. Bundan 52 il sonra Kopenhagen şəhərində qadın sosialist qurultayında hər il 8 martın qadın həmrəyliyinin simvolu kimi qeyd olunması rəsmiləşdirilir.
İlk dəfə BMT 8 martı Beynəlxalq Qadınlar Günü kimi qeyd etdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. 1910-cu ildə Klara Zetkin isimli bir alman sosialist qadın sosialist internasionalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklif qəbul edildi. 1911-ci il Kopenhagen qərarından sonra ilk dəfə 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edildi.
1917-ci ildə çar Rusiyasında qadınlar pis həyat tərzinə qarşı “Çörək və sülh” adlı nümayiş keçirdilər. 8 martda olan bu tətil daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının ümumi qurultayında 8 mart Qadın Hüquqları və Dünya Barış Günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü eyni zamanda çağdaş qadının azad olmasının tarixi səbəblərinin xatırlanması baxımından əhəmiyyətli gündür.
Azərbaycan rəsmi şəkildə 1955-ci ildən qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998-ci ildən Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Hər il 8 mart tarixində qeyd olunan, Beynəlxalq Qadınlar Günü olaraq tanınan bayram qadınlara qarşı sevgi, məhəbbət, nəvaziş, qayğı və hörmətin tərənnümüdür.
İlin bir günü deyil, hər günü bayram olması diləyi ilə bayramınız mübarək, əziz qadınlar!