Cəmiyyət Manşet

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Müddəti uzadıldı…

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant durumuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata qeyd olunub ki, koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün səfirliyə müraciət etməlidirlər.

​Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar olaraq, müvəqqəti olaraq bağlanıb

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir