Cəmiyyət

Deputat: “Feministlər ailə dəyərlərini dağıtmaq istəyirlər”

Milli Məclisin iclasında deputat Tahir Kərimli İstanbul Konvensiyasının qəbulunu yolverilməz hesab edir.

Oxu.Az xəbər verir ki, T.Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb.

“Onlar Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyirlər. Fikir verin, İndoneziyanı misal gətirmirlər, İndoneziyada ana familiyası əsas götürülür, qadına çox böyük dəyər verilir. Amma bunlar Qərbə üz tuturlar, çünki orada məsələ fərqlidir”, – deyə T.Kərimli əlavə edib.

Onun fikrincə, İstanbul Konvensiyası qadın və kişiyə sosial varlıq kimi baxır: “Bu isə yanlışdır. Onda belə çıxır ki, iki kişi bir-birilə evlənə bilər”.

T.Kərimli Türkiyənin İstanbul Konvensiyasını qəbul etməsinə baxmayaraq, orada hələ də məişət zorakılıqlarının olduğunu diqqətə çatdırıb.

Bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya və Azərbaycan konvensiyaya qoşulmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir