10 noyabr 2020-ci il tarixindən bu günədək işğaldan azad edilmiş ərazilərdə 10 mülki şəxs minaya düşərək həlak olub, 11 mülki şəxs isə yaralanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan və ərazilər minalardan təmizlənənədək həmin ərazilərə səfər etməmələrini xahiş edib.