Xəbər verdiyimiz kimi, Bakı-Ələt-Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqələri sökülür.
“Qafqazinfo”nun əməkdaşları obyektlərin yerləşdiyi yerdə olublar. Məlum olub ki, artıq həmin əraziyə söküntü aparmaq üçün işçi qüvvəsi cəlb edilib. Söküntü prosesinə hazırlıq gedir, obyektlərdəki bütün avadanlıqlar çıxarılıb.
Obyektlərə girişi məhdudlaşdırmaq üçün yolboyu onların qarşısına beton plitələr düzülüb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, sözügedən obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuzdur.