Siyasət

Azay Quliyev: Azərbaycan parlamentinin təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün maraqlı və faydalı ola bilər

Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və tövsiyələrin tam yerinə yetirilməsi məsələsi həmin təşkilatların gündəliyində olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev Tbilisidə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransda çıxışı zamanı söyləyib.

A. Quliyev deyib: “Beynəlxalq təşkilatlar demokratik islahatlarla bağlı bir sıra qətnamə və tövsiyələr qəbul edir. Lakin bu, kifayət deyil. Həmin qətnamə və tövsiyələrin yerinə yetirilməsi məsələsinə diqqət yetirilməlidir. Bu məsələ beynəlxalq təşkilatların gündəliyində olmalıdır”.

A.Quliyev Azərbaycan parlamentinin fəaliyyətinə vətəndaş cəmiyyətinin cəlb olunması mexanizmi barədə də danışıb.

Bildirib ki, Azərbaycan parlamentində bununla bağlı qanun qəbul olunub. Parlament və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olduqca əhəmiyyətlidir. Bununla bağlı Azərbaycan ən yaxşı nümunədir. Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün də maraqlı və faydalı ola bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir