Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, S.Orucova iyunun 5-də özünü evdə asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.