Manşet

Ata Abdullayevi hansı cəza gözləyir?

Bir neçə gün əvvəl reket fəaliyyəti ilə məşğul olan Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Dünən Səbail rayon məhkəməsinin qərarı ilə A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumatlara görə, A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

Oxu.Az-ın araşdırmasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, bu maddə ilə ittiham edilən şəxslər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir