Manşet

Tanınmış gitaraçını öldürən oğlu ilə bağlı qərar verildi

Tanınmış gitaraçını öldürən oğlu ilə bağlı QƏRAR VERİLDİTanınmış gitaraçı Nofəl Süleymanovu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Şövqü Süleymanovun məhkəmə prosesi yekunlaşıb.

Unikal.org xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə 2 il müddətinə islah işləri ilə cəzalandırılıb.

Qeyd edək ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir