Bu çərşənbələrə su, od , külək, torpaq ilə bağlı ənənələr daxildir.İnsanlar inanır ki, çərşənbə günlərində təbiətə qarşı daha diqqətli olmaq lazımdır. Çərşənbələr baharın müjdəçisi, sevinc simvoludur, Özü ilə bərabər həyatımıza ilıq nəfəs gətirir.
Bölgələrimizdə çərşənbələrə müxtəlif adlar verilib. Yalançı çərşənbə, Xəbərçi çərşənbə, Ölü çərşənbə- bu çərşənbədə rəhmətə gedənlər ziyarət olunur.İlaxır çərşənbə- sonuncu çərçənbədir və Novruza saylı günlər qalır.
Novruzdan əvvəl qeyd olunan ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi torpağın canlanması anlayışı ilə bağlıdır. Torpağa nəfəs verilir, təbiət oyanır. İnanca görə torpaq çərşənbəsindən sonra yerə toxum səpmək olar.
Torpağın oyanmasını əcdadlarımız mərasim və nəğmələrlə qarşılamışlar. Həmin adətlərdən bəziləri günümüzə qədər özünü qoruyub saxlamışdır. Axır çərşənbədə gecə mərasimləri yüksək əhval-ruhiyyə ilə keçirilir, tonqal qalanır, rəngbərəng şamlar yandırılır, süfrə müxtəlif təamlarla bəzədilir, ev- eşik təmizlənir. Yumurta döyüşdürülür. İnanca görə bu çərşənbəni necə qarşılasan bütün ilin elə keçər.
Torpaq çərşənbəsi bərəkət simvoludur. Torpaq insanın yaşaması üçün vacib olan varlıqdır. Torpaq deyir: “Öldür məni, dirildim səni” bu deyim torpağın yaradıcı ünsür kimi insanın yaşaması üçün əhəmiyyətli olduğunu təsdiq edir.
Axır çərşənbənin özündən əvvəlki üç çərşənbədən daha təmtəraqlı keçirilməsi yekun aktı kimi qiymətləndirilir.Və Novruzun abu-havası daha çox hiss olunur. Bəzi bölgələrdə isə axır çərşənbənin təmtərağı Novruzu keçir. Soyuq qışdan canlarını qurtaran insanlar çaya , bulağa gedir, su götürürlər. Arzularını suya danışırlar və sudan dilək diləyərlər. Buçərşənbədə küslülər barışar insanların qəlbində ancaq xoş arzu və niyyətlər yer alar. Şirin yeyib, dillərini şirin edərlər. Hər günümüzün şirin arzu diləklərlə keçməsi diləyilə…
İıaxır çərşənbəmiz mübarək.