Dünya Manşet

Böyük Britaniya öz nüvə potensialını 40% gücləndirir və bunu üçün milyardlarla pul yatırır

Böyük Britaniya hökuməti sualtı qayıqlarda yerləşdirilən “Trident II” raketlərindəki nüvə başlıqlarının sayını 40%, yəni 180-dən 260-a qədər artırmaq niyyətindədir.

Bu barədə “Financal Times” qəzeti məlumat yayıb.

Qəzet bununla bağlı hökumətin tərtib etdiyi “Təhlükəsizlik, müdafiə və xaric siyasətlə bağlı kompleks icmalı” adlanan sənəddə müvafiq dəyərləndirmələrin olduğunu bildirib.

100 səhifəlik sənəddə Böyük Britanyanın 2030-cu ilə qədər mili təhlükəsizlik, dünya iqtisadiyyatı və xarici siyasətlə bağlı baxışlarını ehtiva edir.

Buna bağlı olaraq hazırlanacaq dövlət proqramına əsasən, “Trident II” raketləri özündə 40 termonüvə başlığı daşıya bilən 4 sualtı kreyserdən ibarət qruplarda yerləşdiriləcək. Bundan başqa rəsmi London “Dreadnought” tipli sualtı qayıqların istehsalı üçün 41 milyard funt-sterlinq (58 milyard dollar) pul ayırmaq niyyətindədir. Hazırda Böyük Britaniyanın bütün nüvə arsenalı Şotlandiyada, Qlzaqo şəhərinin şimal-qərbinə Klayd hərbi-dəniz bazasındakı “Vanguard” tipli 3 sualtı qayıqda yerləşdirilib.

Bundan başqa Böyük Britaniya hökuməti yaxın 4 ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə daha 16 milyard funt-sterlinq (23 milyard dollar) pul ayırmaq niyyətindədir. Birləşmiş Krallıq bu məqsədlə Milli kibernetik qüvvələri, habelə Süni intellekt agentliyi və Kosmik komandanlıq kimi yeni qoşun növləri yaradıb. Sonuncu qurum 2022-ci ildə Şotlandiya ərazisindən ilk milli peykin buraxılışını həyata keçirəcək.

Musavat.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir