Xəbər verdiyimiz kimi, Bakıda qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Unikal.org hadisənin ilkin təfərrüatlarını öyrənib.
Hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında baş verib. Ev sahibi Zeynəb Namazova bildirib ki, 30-35 yaşlarında qadın “kömək edin” qışqıraraq qapını döyüb. Ev sahibigildə olan qonaqlar qapını açıb. Bu zaman qanın içərisində olan qadın özünü həyətə atıb. Əraziyə təcili tibbi yardım çağırılana qədər o dünyasını dəyişib. Sonra əraziyə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Məlum olub ki, qətlə yetirilən 38 yaşlı Kəmalə Mikayılova 3 uşaq anasıdır. Mərhumun Rusiyada olan həyat yoldaşı bu gün Bakıya qayıdırmış.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.