Bakıda daha bir yaşıllıq massivi məhv edilir. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, Binəqədi rayon Mircəlal küçəsi 145 ünvanında, 9-cu mikrorayon ərazisində ağacları kəsirlər. Sakinlərin bildirdiyinə görə, 2 gündür əraziyə gətirilmiş texnika çoxillik ağacları qıraraq tikintiyə hazırlıq həyata keçirir.
Tikinti işlərini aparan “Aqana Servis MMC”-dir. Şirkət tikinti aparmaqla bağlı müvafiq qurumlardan icazəsi olduğunu bildirir.
Ancaq aparılan tikinti Bakının onsuz da ildən-ilə kiçilən yaşıllığı üçün təhlükəyə çevrilib. Sakinlər yaşıl soyqırıma etiraz edir, müvafiq qurumları yaşıllığın məhvinə fərman verən şəxsləri cəzalandırmağa çağırırlar.
“Yeni Müsavat”