Cəmiyyət

Mehrac Babayev HƏBS OLUNACAQMI? – İTTİHAM

Azərbaycan höküməti media işçilərinin, jurnalistlərin həyat şəraitini yaxşılaşdırmaq, onların mənzil problemini həll etmək, eyni zamanda mətbuat vasitələrinin təminatını gücləndirmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən son illər kifayət qədər vəsait ayrılıb.
Çox təəssüf ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və onun əməkdaşları bu vəsaiti əsasən öz şəxsi məqsədləri üçün istifadə ediblər.
Hətta jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlətin ayırdığı vəsaitlə inşa olunan binadakı mənzilləri öz yaxın adamlarına vermişlər.
Digər tərəfdən jurnalistlər üçün tikilən binanın inşa olunmasında kifayət qədər maliyyə maxinasiyaları olub.
Yəni problem təkcə Vüqar Səfərli ilə bağlı deyil. Ortada cinayətkar şəbəkə var.
Buna görə də, vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla KİVDF-nin sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru Vüqar Səfərli və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusi ilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusi ilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Yoxlamalar əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.
Ən çox diqqəti cəlb edən odur ki, Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan uzaqlaşdırılır.
Məlumat üçün qeyd edək ki, Mehrac Babayev sabiq cəbhəçi deputat Fərəc Quliyevin və onun partiyasının sponsoru olub.
Növbəti yazımızda Mehrac Babayevin əməllərindən geniş bəhs edəcəyik.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir