“Hazırda metronun fəaliyyətinin bərpası gözlənilmir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, bu gün əlimizdə olan nəticələr səbəbilə metro açıla bilməz:
“İctimai nəqliyyatı biz ya tamamilə bağlamalıyıq, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxara bilər. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Karantin rejiminin növbəti dəfə yumşalması zamanı metronun açılması gündəmə gələ bilər”.