Cəmiyyət

Qoruğu icarəyə götürüb ərəbləri ova çıxaran iş adamı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

Zirveyolu.info yeniavaz-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci ildə açıqladığı məlumatda Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı qeyd olunub. Açıqlanan məlumatda “Aqroinkişaf-2017” MMC-nin icarəyə götürdüyü 7500 hektar ərazidə ceyranların həyatı üçün təhlükə yarandığı və bu səbəbdən şirkətə xəbərdarlıq olunduğu bildirilib.

Məlumat üçün bildirək ki, “Aqroinkişaf-2017” MMC 07.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Nobel pr., ev 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

Onu da qeyd edək ki, Sadıxov Ruslan Oqtay oğlu eyni zamanda 2007-ci ildə təsis olunan ADEC MMC-nin (Azərbaycan İnkişaf Şirkəti) qanuni təmsilçisidir. Nizamnamə kapitalı 1 000 000 manat olan ADEC MMC Bakıda inşa olunan “Ağ şəhər” layihəsinin icraçısıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir