Xəbər verdiyimiz kimi bu gün qardaş ölkədə lüks hotellərin birində Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin ölüm xəbəri yayılıb.
NOCOMMENT xəbər verir ki, həmin iş adamının SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olması üzə çıxıb və məlum olub ki, Nihad Əliyev elə dayısının yanında satış direktoru vəzifəsində çalışıb.
Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.
Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev özü də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.