2019-cu ildə İsa Həbibbəyli və Möhsün Nağısoylunun başçılığı ilə dövlət büdcəsinə zərər vuraraq gurultulu təqdimatlarla ictimaiyyəti aldatdıqları biabırçı ədəbi oğurluq faktlarını, konkret olaraq “İzahlı dilçilik terminləri lüğəti”ni ifşa etdiyim üçün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə, şöbə müdiri Əli Həsənova və akademik şəbəkəyə güvənən şər və böhtan kampaniyasının aparıcı üzvləri tərəfindən həm institutda, həm də mətbuatda üzərimə hücumlar təşkil olunur, ailə və uşaqlarıma xətər yetiriləcəyi ilə hədələnirdim. Uca Allah pis niyyətlərini öz başlarında çatlatmaqdadır.
Gedin, dövlət büdcəsindən qopardığınız mal-mülkünüzü sayın! Bahalı evlərinizin, bağ-bağatlarınızın təkrar hesabını gedin!
Utanmadan anonim fikirlərinizi dırnaq açıb onun-bunun adından verirsiniz, dəstə ilə üstümə cumursunuz.
Mən indiyədək yazdığım bütün faktların arxasındayam.
İsa Həbibbəyli və Möhsün Nağısoylu! Dilçilik İnstitutuna ayrılan milyonların, yüz minlərlə qrantların taleyi, plagiatlığa, saxta kitablara, hətta musiqi mərkəzlərinə, digər şeylərə silinən dövlət vəsaitləri haqqında açıqlama verməyi niyə mənim üzərimə hücumla əvəzləyirsiniz? Niyə bir dəfə də olsun, Azərbaycan dövlətinin xeyrinə çıxış etmirsiniz? Mən, şəxsən məşğul olduğunuz ört-basdır əməiyyatını dövlətə, xalqa və dövlət rəhbərinə qarşı xəyanət sayıram. Xalqın, dövlətin taleyi ilə bu qədər oynamaq olmaz! Təəssüf ki, rıçaqlar hələ də əinizdədir. Amma əmin olun ki, ölkə başçısını xalqdan ayırıb çirkin məqsədlərinizə çata bilməyəcəksiniz.
PS. Siz kollektiv şəkildə görə blmədiyiniz işləri mən təkbaşına yerinə yetirmişəm.
Siz dövlətin vəsaitini göylərə sovurub plagiatlığı, elmdə nadürüstlüyü təbliğ edəndə mən kiçik daxmama sığışıb gecə-gündüz işləmişəm.
Məcbur qalıb etiraf etmisiniz ki, elmi miqyasına görə bir institutun görə biləcəyi işi təkbaşına yerinə yetirmişəm.
Əsərin nə çapına vəsait ayırdınız, nə də müəllifinə minimum şərait yaratdınız, əksinə, yüz minlərlə qrantlar mənimsənildi. Paxıllığınız, milli elmə düşmənçiliyiniz, kin və nifrətiniz üstün gəldi. Məni təqib etməyə, mənəvi-psixoloji təsirlər göstərməyə başladınız.
Şəbəkəniz nə qədər güclü və maddi resurslarınız nə qədər bol olsa da, dövlətin həm də fərdlərin hüquqlarını qorumaq təəhhüdü vardır.
Unutmayın ki, Azərbaycan elm tarixi sizi əfv etməyəcək!
İndi buyurun, nə qədər istəyirsiniz, yalan püskürün! Əlahəzrət faktlar dil açıb danışır.
Həqiqət ondan ibarətdir və fakt ortadadır ki, siz plagiatlıqla məşğulsunuz, ana dilinə hörmətsizlik edirsiniz, ümummilli maraqları şəxsi maraqlatınıza qurban verirsiniz, dövlətin ayırdığı milyonları aidiyyəti üzrə xərcləmirsiniz!
İdris Abbasov
filologiya elmləri doktoru, professor //hurriyyet.az//