Türkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.Xatırladaq ki, N.Əliyevin intihar etmədiyi, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi də bildirilir.
Azinforum.az