Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Mərkəzi Seçki Komissiyasının 70% üzvünün maska rejimin əməl etməməsinə qəzəblənib.
Axar.az xəbər verir ki, MSK-nın yeni tərkibinin ilk iclasında çıxış edən siyasətçi maskanın təkcə pandemiya dövrü yox, hər zaman taxılmasına ehtiyac olacağını bildirib.
“Hamınız maskada otura və yadda saxlaya bilərdiniz ki, maskalar təkcə pandemiya dövrü üçün yox, indi bütün zamanlar üçündür. Xoşdur ki, MSK-nın beş üzvü maska rejiminə əməl edir. Onlar ölkəyə görə cavabdehdirlər”, – deyə o söyləyib.