“Bu gün qətliamın anıldığı gündür. Xocalı qətliamını da unuda bilmərik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Liderlərinin bu gün video formatda keçirilən Zirvə görüşündə deyib.
O qeyd edib ki, 1918-ci ildə azərbaycanlı qardaşlarımızın yaşadıqları qətliamın anıldığı gündə Xocalı qətliamını da xatırlayırıq və soyqırımı qurbanlarını anırıq.