Zaman-zaman qədirbilən Xalqımız min-bir əziyyətlə öz kimliyini, kökünü,adət-ənənələrini
qoruyaraq,zamanın ağır sınaqlarından öz güclü və qətiyyətli lideri ilə keçərək bu günümüzə gəlmiş və qalib AZƏRBAYCANI dünyaya
tanıtmışdır.Mən,sizinlə Azərbaycanın mövcud olduğu,var olduğu məkanda xalqımıza qarşı, böyük ölkələr tərəfindən inkişafımıza mane
olması üçün törətdiyi soyqırımlardan biri barədə bölüşmək istəyirəm.Mart genosidi, soyqırımının tarixi 1918-ci ilin 30 mart və 3 aprel
arasında Bakıda və o vaxtlar quberniya adlandırılan müxtəlif bölgələrimizdə,məsələn Naxçıvan,Lənkaran,Salyan,Zəngəzur, Qarabağ və
digər ərazilərimizdə də Daşnaksütundan olan erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri qırğının,mən deyərdim dünyada
analoqu olmayan dəhşətli faciyədir.Ama çox təəsüflər olsun ki,dərin kökləri olan,dünyaya bütün sahələr üzrə Nizami Gəncəvi,
Məhəmməd Fizuli kimi xəzinələr bəxş etmiş bir xalqa,Azərbaycana qarşı genosidin pislənməsi əvəzinə,hətta öz parlamentlərində
soyqırımı müzakirə edib,haqsız qətnamələr qəbul etmək istəyirlər. Statistikaya və rəsmi mənbələrə görə soyqırım nəticəsində,12 minə
yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsini,10 minlərlə insanlarımız bu günədək taleyi məlum olmayaraq, itkin düşməsini
görərik.Əslində yerləşdiyi ərazi tarixi torpaqlarımız olan Ermənistan adlı qondarma,sonradan bir alət kimi istifadə edilən respublika bu
və ya digər formada bölgədə böyük güc ölkələrinin himayəsinə arхalanıb «böyük Ermənistan» хəstə хülyasını həyata keçirmək üçün
təkcə Azərbaycana qarşı yox,həmdə Cənubi Qafqazın yerli xalqlarına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Əvvəlcədən
planlaşdırılmış cinayət tərkibli siyasətlə 2 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından köçkün düşmüş və 1,5 milyona
yaхınıda amansızcasına qətlə yetirilmişdir.Evlərimiz, tariхi və mədəni abidələrimiz isə yerlə yeksan edilmişdir.Ümumiyyətlə statistika
göstərir ki,soyqırımlar nəticəsində Birinci dünya müharibəsinin gedişində və sonrakı dövrüdə nəzərə alsaq 2,5 milyondan çoх
müsəlman həlak olmuşdur. Qadın,uşaq,hətta körpə uşaqların tüfəng lüləsinə keçirilməsi,onların saçlarının diri-diri divara mıxlarla
bərkidilməsi vəhşiliyi heç 1941-1945 ci illərdə alman faşizminin müharibə zamanı etmədiyi vəhşiliklərdir.Diqqətinizi bir məsələyə
xüsusi olaraq çəkmək istəyirəm,bu soyqırım hadisəsi bir dəfə yəni baş verdiyi tarixdə qeyd olundu,sonralar isə çalışdılar ki,qan
yaddaşımız olan bu hadisəni bizlərə unutdursunlar.Məhz Ulu öndər Heydər Əliyevin dövründə,1998 ci il 26 mart tarixində bu hadisəyə
siyasi qiymət verildi və 31 mart xalqımızın soyqırımı kimi qiymət verildi.Həqiqətəndə belə hadisələrə siyasi və hüquqi qiymət vermək bir
neçə məqamnan vacibdir.Birincisi xalqımıza qarşı cinayətlərin və həqiqətlərin dünyaya tanıdılması baxımından,ikincisi isə bu oxşar
cinayətlərin bir daha təkrar olmaması üçün vacibdir.1918 və 1920 ci illərdə xalqımıza qarşı qanlı cinayətlər törətmiş və bu cinayətlərdə
iştirak etmiş erməni cəlladlarının siyahısı tutulmalı,hazırlanmalı və dünyaya tanıdılmalıdır.Onlara qarşı hüquqi qərar
verilməlidir.Bununlada əldə bir alət kimi istifadə edilən, qondarma Ermənistan respublikası,onun aciz höküməti haqqında hüquqi
qiymət verilməlidir.Əminəm ki,dünyada bir Dövlətin layihə olaraq yaradılması çox nadir təcrübələrdəndir və bölgədə qondarma
Ermənistan dövlətinin və xalqının süni yollarla yaradılmasının əsas səbəbi isə çox mühüm,strateji əhəmiyyəti olan Azərbaycanda və
regionda nəzarəti ələ keçirməyin mümkün olmasıdır.Bunun bariz nümunəsi isə hazırda üzərində qazandığımız ümummilli
qələbəmizdən sonra məğlub erməni xalqının qorxaq olması və bir araya gələ bilməməsidir.Artıq aparılan müdrik siyasətlə dünyanın
bütün xalqlarının,Dövlətlərinin Azərbaycan həqiqətləri ilə yaxından tanışdır və yeni reallıq yürüdülən məqsədyönlü daxili və xarici siyasi
səyləri nəticəsində formalaşmışdır.Fəxrlə qeyd edirəm ki,cənab Prezidentin və şəhid qardaşlarımızın,igid qazilərimizin,ümumiyyətlə
müzəffər Ordumuzun sayəsində biz artıq 2021 ci ilə qalib bir xalq kimi daxil olmuşuq.Vətən müharibəsində əldə etdiyimiz böyük
qələbə tarixi,31 mart soyqırımında haqqı tapdanmış,vəhşiliklə şəhid olmuş körpə uşaqlarımızın,cavan,ahıl soydaşlarımızın qisası
alınmış bir tarix olacaqdır. Mən bir daha qeyd edirəm ki,tarix boyu və bu gündə ermənilər kənar dairələrin,konkret ölkələrin maraqlarına
uyğun olaraq bölgədə dağıdıcı rol oynamaqdadır.Nəhayət bu gün Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Dövlətimiz
sözün əsl mənasında öz tarixinin yeni bir mərhələsinə qədəm qoymuşdur.Yeni olan bu mərhələ isə uzun 100 illiklər boyu müşahidə
olunmamışdır.Qürurla deyirəm ki,biz artıq Dövlət sərhədlərimizə nəzarətii təmin etmişik,ərazi bütövlüyümüzü təmin etmişik.Bunun
əsas səbəbi isə cənab Prezidentin uzaqgörən siyasəti və zəngin təcrübəsidir.Mən dəfələrlə Prezidentin və onun, ümumiyyətlə
Azərbaycan xalqının etimadını tam doğrultmuş Birinci vitse-prezident Mehriban xanımın çıxışlarında,xalqa üz tutaraq “torpaqlarımızın
işqaldan azad olması yaxındadır” deməsinin şahidi olurdum.Bu gün isə qürurla və vicdan rahatlığı ilə cənab Prezidentin rəhbərlik
etdiyi partiyanın Saatlı rayonunda bir üzvi kimi qeyd edirəm ki,qalib Ali Baş Komandan İlham Əliyev şanlı ordumuzla birgə bu soyqırımı
Xalqımıza yaşadan erməni xislətli düşmənlərimizdən intiqamımızı aldı və xalqının başını ucaltdı. Ama artıq erməni xalqı və qondarma
respublikası dərk edir ki,başqa çıxış yolları yoxdur və birgə bəyanətlərimizin şərtlərinə qeyd-şərtsiz əməl etməlidirlər.Qalib Ali Baş
Komandan İlham Əĺiyevin böyük təcrübəsi və planı,ordumuzun gücüylə əldə etdiyimiz şanlı qələbə ilə Ermənistanı razılaşmağa
məhkum etdi və kapitulyasiya sənədini imzalatdı.Təbii ki, ermənilər və onların liderləri bu gün özləridə etiraf etdilər ki,onlar tarixin heç-
bir mərhələsində bu dərəcədə məğlub olmamışdılar.Erməniləri isə bu acınacaqlı vəziyyətə İlham Əliyevin rəhbərliyi ilə məğlubedilməz
Ordumuz bu vaxtadək tarixdə bərabəri olmayan 44 günlük vətən müharibəsində qazandığımız ümummili qələbəmizlə saldı. Sonda
vurğulamaq istəyirəm ki,dünyanın diqqətini qazanan və zəfərlə başa çatan, vətən müharibəsində yeni geosiyasi yenilik və reallıq
yarandı.Bu reallığın müəllifi isə qədirbilən Xalqımız və onun müdrik lideri İlham Heydər oğlu Əliyevdir!
MƏMMƏDOV VÜQAR.
Saatlı rayon sakini İqtisad
Universitetinin məzunu