Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 268 714 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir.
Ölkədə son sutka ərzində 15 585, hazırkı dövrədək isə 2 916 745 test aparılıb.
Xatırladaq ki, dünən ölkədə 2 361 nəfər koronavirusa yoluxmuş, 24 nəfər isə ölmüşdü.