Azərbaycanda saxlanılan əsirlərin doğmaları İrəvan-Gümrü yolunu bağlayıb.
Sfera.az news.am-a istinadla xəbər verir ki, Azərbaycanda saxlanılan əsirlərin doğmaları Orom kəndi yaxınlığındakı ərazidə İrəvan-Gümrü yolunu bağlayıblar. Məsələ ondadır ki, hakimiyyət bir gün əvvəl bir qrup əsirin geri döndüyünü təntənəli şəkildə elan etmişdi, amma xəbər yalan çıxdı.
Bəzi məlumatlara görə, əsirlərin əvəzinə Ermənistana Zəngəzur dəhlizinin inşasını müzakirə etmək üçün Türkiyə-Azərbaycan nümayəndə heyəti gəlib.
Qohumlar əsirlərin geri qayıtma tarixi barədə dəqiq məlumat verilənə qədər yolu açmayacaqlarını bəyan ediblər. Hazırda söhbət Şirak bölgəsinin 54 sakinindən gedir. Əslində isə əsirlərin sayı daha çoxdur.
Tərcümə: Selcan
Sfera.az