Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Məlum olub ki, Bakı bağçalarında 2 milyon manata qədər vəsait qanunsuz xərclənib.
Bununla bağlı bloger Həbib Müntəzir maraqlı məlumat açıqlayıb: “Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. O, bağçalarda valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat, bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pullar bəs etməyib, büdcədən uşaqlara geyim, qida üçün ayrılan pula da göz qoyub. Eldar Yunusovun adaşı, keçmiş MTN şefi Eldar Mahmudovun adamı olduğu deyilir”. //afn.az//
Əsas ittiham dolu yazı aşağıdakı linkdə:
Bakıdakı uşaq bağçalarında 2 milyonluq yeyinti – ŞOK FAKTLAR