Manşet

Bura təhsil ocağı yox, bazardır… – Nazirin nəzərinə…

Qısa məlumat üçün qeyd edək ki, Sumqayıt Texnologiya Texnikumu 1959-cu ildən fəaliyyət göstərir. Sonradan texnikumun adı Kimya Texnologiya texnikumu olmuşdur.

1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır.

Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib
Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinim 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir.

Kollec orta ixtisas təhsil müəssisəsidir və kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, ”Nursoft“ MMC müəssisələrində keçirlir.
Yəni kifayət qədər təcrübə bazası var.

Amma təəssüf ki, semestr imtahanları başlayan kimi tələbələrdən “yığım kompaniyası” başlayır.

Sumqayıt Dövlət Texniki Kollecində rüşvət tüğyan edir və tələbələr çox narazıdır.

Uzun illərdir ki, adıçəkilən kollecə Mətanət Pirquliyeva rəhbərlik edir.

Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdəki etibarlı adamlarının əli ilə həyata keçirir. Burada rüşvət bir növ mərkəzləşdirilib.

Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Onlarında kimə verdiyi hərkəsə bəllidir… //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir