Qorxaq itlərə kitab oxuyan uşaqlar.
Moderator.az xəbər verir ki, ABŞ-da it mərkəzinə gətirilən itlərin çoxu olduqca dəhşətli işgəncələrə məruz qalıblar. Bu qorxaq itlərin təkrardan güvənini qazanmaq isə o qədər də asan deyil. Amerikada bu heyvanları müalicə etmək üçün maraqlı bir üsula əl atılıb. “Sığınacaqdakı dostlara oxuma proqramı” çərçivəsində azyaşlı uşaqlar itlərə kitab oxuyur.
Bildirilir ki, bu addım həm itlərin, həm də uşaqların həyatında böyük dönüşə səbəb olacaq. Layihə çərçivəsində 6-15 yaş arası uşaqlar it mərkəzinə gələrək stress keçirən itlərə kitab oxuyurlar. Bununla da itlər tədricən uşaqlara yaxınlaşmağa başlayır. Bu qorxusu aradan qalxan itlər isə sonradan etibarlı əllərə həvalə edilir.
İnternet üzərində müraciət olunan layihəyə qatılan uşaqlar öncə 10 saatlıq kurs keçirlər. Bu kurs onların bir itin bədən dilini necə oxuya biləcəklərini öyrədir. Sonra isə onlar itlərə yaxın buraxılır. Məlumatda bildirilir ki, kitab oxumaq itləri sakitləşdirir.
Moderator.az maraqlı fotoları təqdim edir.