Manşet

Bir yanda pandemiya, bir yanda silah: – 5 ölkənin hərbi xərci 2 trilyona çatır

Pandemiya ilində ümumdaxili məhsulun azalması ölkələrin hərbi xərclərini artırmasına mane ola bilməyib.

Cebhe.info xəbər verir ki, dünyanın 5 ölkəsinin hərbi xərcləri 2002-ci ildə 1,98 trilyon dolları ötüb. Bu siyahıya daxil olan ilk ölkə ABŞ-dır – 778 milyard dollar.

İkinci yerdə 252 milyard dollarla Çin, üçüncü yerdə isə 72,9 milyard dollarla Hindistan dayanır. 5-ci yerdə 59,2 milyard dollarla Böyük Britaniyadır.

Rəqəmləri Stokholmda yerləşən SIPRI təqdim edib.

Ümumilikdə bu 5 ölkə dünya üzrə hərbi xərclərin 62 faizinə malikdir.

Rusiyada artıq ikinci ildir ki, hərbi xərclərini artırır. Bu dəfə artım 2,5 faiz olub. Bununla belə rəqəm planlaşdırıldığından 6,6 faiz azdır. Təşkilatın eksperti Dieqo Lopes da Silva bildirib ki, Braziliya da eyni vəziyyətlə üzləşib.

ABŞ artıq üçüncü ildir ki, hərbi xərclərini artırır. Çində isə hərbi xərclərin artırllması tendensiyası artıq 26-cı ildir. 2011-2020-ci ildə Çində hərbi xərclər 76 faiz artıb.

Hindistan Asiya-Sakit okean hövzəsində hərbi xərclərini artıran yeganə ölkədir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir