Manşet

Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ… – Xəstənin başına oyun açıblar…

Bir neçə il əvvəl Səhiyyə Nazirliyinin Mikrocərrahiyə Mərkəzində həkim əməliyyat zamanı qadının iltihablı sol ayağı əvəzinə sağlam olan sağ ayağını kəsmişdi. Məsələ ictimailəşəndən sonra nazirlik komissiya yaratdı və həkim etiraf etdi: “ Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib”.

Bəli, mexaniki səhvdən insanın xəstə ayağı deyil, sağlam ayağı kəsilib.

NUH.az saytına müraciət edən vətəndaşın vəziyyəti daha dəhşətlidir: həkim xəstənin KOR bağırsağının əvəzinə onun NAZİK bağırsağını kəsib.

Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı Cəmil Nurəddin oğlu Rüstəmov NUH.az saytına müraciət edib.

Müraciəti olduğu kimi dərc edirik:

“2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı hiss etdim. Həmən gün səhər bacımla Biləsuvar Rayon Mərkəzi Xəstəxanası gəldik. Analizlərimi verəndən sonra məni həkim Ziyafət Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə baxıb dedi ki, səndə apendiks-kor bağırsaqdir, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni qırx-təmizlə, saat 16-00-da gəl, səni əməliyyat edəcəm. Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Və buna görə məndən 250, atamdan isə 500 manat aldı. Əməliyyatdan 3 gün sonra həkim məni evə buraxdı. Evdə olarkən yaram-əməliyyat yeri PARTLADI və yara yerindən NƏCİS gəlməyə başladı. Və məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı. Mən həkimə dedim ki, əməliyyat yerindən NƏCİS gəlir, həkim isə dedi ki, nəcis deyil, ÇİRK-dir, sən məndən çox bilirsən ? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda yarımcanam”.

Cəmil Rüstəmov Səhiyyə Nazirliyindən, Baş prokurorluqdan xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın.

Müraciətlə bağlı NUH.az saytı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva ilə telefon əlaqəsi saxlayıb. Baş həkim bildirib ki, şikayətçi haqlıdır, qoy məhkəməyə müraciət etsin, məni narahat etməyin. Həkim Ziyafət Bayramov isə saytımıza bildirib: “ Cəmil Rüstəmova 4 min manat pul təklif edirəm, götürsün dəə”.

Biləsuvar xəstəxanası ƏSL QƏSSABXANA İMİŞ...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir