Manşet

İkili standartlar siyasətinin hökmranlığı təəssüf doğurur

Doğrudan da, beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökmranlığı təəssüf doğurur. İkili standartlar siyasətin beynəlxalq riyakarlığın təcəssümüdür. Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidentinin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin növbəti dəfə təzahürüdür. Şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökm sürməsi təəssüf hissi doğurur. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 29 il bundan əvvəl (26.02.1992-ci il) Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. 1915-ci il hadisələrinin araşdırılıb, qiymət verilməsi siyasətçilərin deyil, tarixçilərin işidir. Məhz bu məqsədlə, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan qəbul etməyib. Əlbəttə ki, bu açıq-aydın tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdidir. Belə bir səhv hüquqi, siyasi və tarixi baxımdan qəbuledilməzdir. Təbiki, burada əsas məqsəd tarixi saxtalaşdıraraq, ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər. Təəssüflər olsun ki, saxta tarix axtarışında olanlar erməni faşistlərinin azərbaycanlılara, müsəlman-türklərə qarşı törətdiyi vəhşilikləri, soyqırımı görməkdən acizdirlər.

Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.

Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər Xocalı faciəsini 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansızcasına cinayət törədərək bir daha cinayətkar olduqlarını dünyaya sübut etdilər. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür. Tarixin bütün dövrlərində Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri bütün sınaqlardan inamla və üzüağ çıxıb. Bu baxımdan, iki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Beləki, aprelin 24-də iki ölkənin dövlət başçıları arasındakı telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da belə davam edəcək.

 

Səməndər Təhməzov

Masallı rayon Çaxırlı kənd sakini

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir