Zirveyolu.info Haber Türk saytına istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Yaponiya hökuməti, Tokio Qubernatorluq və Təşkilatlıq Komitəsi nümayəndələrinin onlayn görüşü keçirilib. Çıxış edən Təşkilat Komitəsinin sədri Haşimoto Seiko, mümkün qədər çox tamaşaçı görmək istədiklərini bildirsə də mövcud epidemiya vəziyyəti baxımından bunun “olduqca çətin” olduğunu söylədi.
Görüşdə iyul ayına planlaşdırılan turnirin Covid-19 pandemiyasının geniş vüsət alması səbəbindən canlı izləyici kütləsi olmadan keçiriləcəyi açıqlandı.