Cəmiyyət

Vətəndaşın yol polisi barədə səsləndirdiyi iddialarla bağlı açıqlama

Bəzi xəbər saytlarında Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində qərəzli və doğru olmayan məlumatları özündə əks etdirən vətəndaş müraciəti paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a bildirilib ki, şər və böhtan xarakterli həmin müraciət polisin gərgin əməyinə kölgə salmağa cəhddən başqa bir şey deyildir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisələri, eləcə də sürücülər tərəfindən törədilən kobud qayda pozuntularına görə müvəqqəti duracağa yerləşdirilən avtomobillərin sahibləri barəsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir. Görüntülərdəki iki nəqliyyat vasitəsi isə ötən ilin sentyabr ayında texniki cəhətdən nasaz olduqları üçün müvəqqəti duracağa yerləşdirilib və sürücülər barəsində inzibati protokol tərtib olunub.

Onu da qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları özünü Firdovsi Əliyev kimi təqdim edən şəxsin şikayəti əsasında onunla əlaqə yaratmağa səy göstərsələr də, şəhərin Nizami küçəsində müraciətdə qeyd edilən ünvanın mövcud olmadığı məlum olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir