Azərbaycan səhiyyəsində xəstənin iltihablı sol ayağı əvəzinə sağlam ayağının həkim tərəfindən kəsilməsi nümunəsi var. Hətta həkim deyib ki, mexaniki səhv olub.
Dünyada bundan böyük cinayət ola bilməz.
Bu gün isə bəlli olub ki, həkim xəstənin kor bağırsağı əvəzinə nazik bağırsağını kəsib.
Yəqin ki, bu rüsvayçılıq hələ uzun müddət davam edəcək.
Sözümüzün canı odur ki, belə aşağı keyfiyyətli, anormal tibb xidməti göstərən Səhiyyə nazirliyimizin rəhbər şəxsləri milyonları haradan qazanır ?
Yəni bunlar o dərəcədə savadsızdılar ki, hansısa elmi kəşfdən. ixtiradan-filandan söhbət gedə bilməz. Bəs bu boyda pullar haradandır ?
Axı, imkanlı adamların qarnı ağrıyan kimi xaricə qaçırlar. Bizim səhiyyə isə kasıb-kusub təbəqənin sanki dərisini və cibini soymaqla məşğuldur.
Belə səhiyyə “general”larından biri də səhiyyə nazirinin müavini, “Qara ledi” ləqəbli Nigar Əliyevadır.
Görəsən, 61 yaşlı bu qadın hansı savadına, hansı bacarığına, hansı keyfiyyətinə görə, ölkə səhiyyəsinə rəhbərlik edən şəxslərdən biridir.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Nigar xanımın adı son illər ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar Əliyeva hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib.
Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb.
Nigar xanımın oğlu Fərhad Əliyev isə xoşagəlməz qoxuya mübtəla olub, müəyyən alışqanlıqları var. 002 nömrəli maşınların sahibi olan Fərhad Əliyev məşhur universitetlərin birində oxuyur. Onun bahalı avtomobil kolleksiyası, şəhərin mərkəzində obyektləri, aptekləri var.
Növbəti yazımızda Fərhad Əliyevin Juliya xanım ilə sevgi macəraları və digər əməlləri barədə bəhs edəcəyik. //gundelik-baku.com//