İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 63,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,87 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir