Dünya

Rusiya ilə baxışlarımız fərqlidir, amma… – Çavuşoğlu

Moskva və Ankaranın bir sıra məsələlərdə fikri fərqli ola bilər, amma Rusiya ilə dialoqu açıq saxlamaq və qarşılıqlı fəaliyyəti davam etdirmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatına müsahibəsində deyib. O, Ankaranın Moskva ilə işgüzar əlaqələr qurmağa çalışdığını bildirib:

“Müsbət nəticələrə çatmaq heç də həmişə asan olmur. Bu o demək deyil ki, bütün məsələlərdə eyni fikrə sahibik. Lakin biz açıq danışırıq. Vacib olan dialoq kanallarını açıq saxlamaqdır.

Türkiyə özünün milli maraqlarını müdafiə etməlidir. Rusiya bunu başa düşür. Biz Rusiya ilə mümkün olanda əməkdaşlıq edirik, amma ehtiyac olanda mövqeyimizi qətiyyətlə qoruyuruq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir