Zirveyolu.info xəbər verir ki, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili rəsmi facebook səhifəsində Azərbaycan səfəri ilə bağlı paylaşım edib.
Baş Nazir Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərindən və birgə səylə həyata keçirilən regional əhəmiyyətli uğurlu layihələrdən söhbət açdıqlarını vurğuladı.
Birlikdə region üçün vacib olan layihələr həyata keçirmişik, layihələri davam etdirmək niyyətindəyik. Azərbaycanla münasibətlərin daha çox inkişaf edib, güclənməsi üçün çalışırıq.
Bir daha rəsmi nümayəndə heyətimizi Bakıda qəbul etdiyinə görə prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab prezidenti Tbilisidə qəbul etməkdən məmnun olacağam.
Zirveyolu.info