Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin cavabdeh inzibati orqanlarla qeyri-prosessual münasibət sonucunda illərlə süründürməçilik etməsindən, Qarabağ qazisinin tənqidə görə 25 ilə yaxındır hətta (respublikadan kənar) müalicəsinə belə qadağa qoyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəkili rolunda çıxış etməsindən basında yazılıb. Cavabdehin qərəzi o həddədir ki, 1 ildir Naxçıvandakı “Duzdağ” sanatoriyasında müalicə üçün müraciət edən iddiaçı qaziyə cavab belə verilməyib, 5 ildir məhkəmənin 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı dövlətin adından çıxardığı qərarı icra olunmur, Prezidentin fərman və sərəncamları ilə pensiyasına əlavə edilən vəsaitlər mənimsənilir. Fərman və sərəncamlardan söz düşmüşkən, hakim Rüstəm Kərimli hətta sözügedən normativ hüquqi aktları da saxtalaşdırıb.
9 gündən sonra telefon zəngi ilə (?) elan etdiyi , 15 gündən (?) sonra elektron qaydada verdiyi 19.04.2021-ci il tarixli 2-1 (112)-1154/2021 saylı qərardaddan apellyasiya şikayəti verilib və ali dövlət hakimiyyəti orqanlarından şikayətin nəzarətə götürülməsi istənilib. Hakim sözügedən qərardadında elə saxtakarlıqlara yol verib ki, qeyri-prosessual münasibətin dərəcəsindən əlavə, həm də iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qərəzi ortaya qoyur. Konstitusiyanın 127-ci maddəsinə görə isə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə , faktlara əsasən və qanuna müvafiq baxırlar. Hakim Rüstəm Kərimli qərardadını əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi 30.06.2020 tarixli 1077 saylı fərmanın -normativ-hüquqi aktın adını qəsdən qeyd etməyib. Cavabdeh ƏƏSMN-in cavabdehlik daşımadığını , DSMF-in “müstəqil” qurum kimi cavabdehlik daşıdığını Prezidentin sözügedən fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin təsdiq edilməsi ilə “əsaslandıran” hakimin qeyri-prosessual münasibətdən yayğın diqqətinə Fərmanın adını, yəni nə haqqında olduğunu çatdırırıq :” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı “(Bakı şəhəri, 30 iyun 2020-ci il N:1077)
İndi söz Məhkəmə Hüquq Şurasınındır. Yüksək HAKİM adına ləkə salan Rüstəm Kərimlinin Prezident Fərmanını saxtalaşdırmasına hüquqi qiymət verilməsi ilk növbədə bu qurumun üzərinə düşür.
Məğrur Bədəlsoy
P. S. Sabunçu rayon məhkəməsinin hakimi olan Rüstəm Kərimlinin Bakı İnzibati Məhkəməsinə ezam olunması da Nərimanov bələdiyyəsi qarşısında götürdüyü qeyri-prosessual öhdəlikdən qaynaqlanır. (Ətraflı gələn yazımızda)
P.S. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…