İdman

Mahir “Qarabağ”dan ayrılır? – “Bir şey bacarmışamsa, sənin sayəndə olub”

“Qarabağ”ın hücumçusu Mahir Emreli klubun azarkeşlərini həyəcanlandırıb.

Azərbaycan millisinin üzvü “Instagram” hesabında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova təşəkkür edib.

“Əgər bir şey bacarmışamsa, hər şeydən öncə sənin sayəndə olub, Boss!”, – deyə 22 yaşlı hücumçu paylaşımında qeyd edib.

Mahir Emrelinin paylaşımı ayrılıq mesajı kimi dəyərləndirənlər də var.

Mahirin adı bir neçə xarici klubla hallanır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir