Kriminal Manşet

Bakıda biabırçı hadisə – SEKS VİDEOSU yayan şəxs yaxalandı

Bakıda pornoqrafik görüntüləri yayan şəxsə cinayət işi açılıb.

Zirveyolu.info-ın News24.az-a istinadən məlumatına görə, polisə bir nəfərin cinsi əlaqədə olarkən çəkilmiş videosunun ondan xəbərsiz yayılması ilə bağlı müraciət daxil olub.

Məlum olub ki, görüntüləri Aqil Nuriyev adlı şəxs yayıb. Həmin şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib və onun barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 242-ci, yəni pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma maddəsi ilə iş açılıb.

Artıq cinayət işinin materialları Sabunçu Rayon Məhkəməsinə göndərilib və iş hakim Mehriban Qarayevanın icraatına verilib. Yaxın günlərdə A.Quliyevin məhkəməsi başlayacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir