Zirveyolu.info xəbər verirki Avtovağzal Badamdar marşrut xətti istiqamətində hərəkət edən 29 nömrəli avtobus da kart sisteminə keçib. Kart tətbiqinə keçid sərnişinlər arasında çaşqınlıq yaradıb. Hadisə şahidinin bildirdiyinə görə, kart sisteminə xəbərdarlıq olmadan keçid sərnişinlərin narazılıq və iradlarına səbəb olub.
Xatırladaq ki, Respublikada marşrutların kart sisteminə keçməsi 2014- cü ildən başlasa da, 29 nömrəli avtobus 2021- ci il may ayının 17-si kart sisteminə keçid edib.