Cəmiyyət Manşet

Fuad Abbasov həbsinin səbəblərini açıqladı – Audio

Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun audioyazısı yayımlanıb.

Səs yazısı F.Abbasova məxsus “Facebook” hesabında yerləşdirilib.
Yazıda F.Abbasov həbs olunma səbəblərini açıqlayıb. O bildirib ki, həbsinin Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur.Jurnalist həbsində əsas səbəb kimi azərbaycanlıların Rusiyada hüquqlarının pozulmasını göstərib.
F.Abbasov qeyd edib ki, onun saxlanmasının əsas səbəbini jurnalist Maksim Şevçenko səsləndirib.

“Burada məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda, Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir”, – jurnalist əlavə edib.
Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan edib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

Bundan başqa, iyunun 11-də yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir