Manşet

İbrahim Cəfərov necə rektor oldu? – İDDİA

Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.
Sual ola bilər ki, niyə ?
Axı, sovet dövründə az-çox savadı olan orta məktəb məzunları ali məktəblərə daxil olurdular.
Bəs, görəsən, gələcəyin professoru, rektoru nə əcəb hansısa ali məktəbə daxil ola bilməyib ?
Ali məktəbə daxil ola bilməyən İbrahim Cəfərov əsgərliyə yollanıb. Və 1974-1976-cı illərdə Sovet Ordusunda xidmət edib.
Və geri qayıdandan elə bilirsiniz ali məktəbə daxil ola bilib ?
Yox.
Əsgərlikdən qayıdan İbrahim düz 1 il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici olub.
İndiki nəslin nümayəndələri DİNLƏYİCİ-nin nə olduğunu bilməz.
Deməli, savadı çatmayan xeyli sayda gənc ali məktəbə xüsusi imtiyazla daxil olmaq üçün əsgərlikdən xüsusi arayış gətirirdi.
Gənc İbrahim də həmin arayışla güc-bəla Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub.
Və beləcə gələcək professorun, rektorun karyerası başlayıb.
Sonradan alim olan İbrahim Cəfərov 2013-cü ildə hamıya məlum olan ağsaqqalının xeyir-duası ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub.
Cənab rektor İbrahim Cəfərovun əsas işi aqrar sahəyə yaxın olan məmurlara ADAU-da dərs saatları verməklə pul qazanmaq olub. Yəni Gəncəyə yaxın rayonlardakı dövlət məmurlarını universitetə müəllim təyin edərək, onların maaşlarını mənimsəyib. Yəni məmur olan müəllim kağız üstündə olub, 1-cə saat dərsə gəlməyib, onun əvəzinə başqa müəllimlər dərs keçib. Bir sözlə, rektor ADAU-da ölü canlar- məmur müəllimlər saxlayıb.
Rektorun başqa əməlləri ilə bağlı növbəti yazıda bəhs edəcəyik. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir