Dünya

Hindistanda 200 nəfər öldü

Hindistanda son 3 həftə ərzində qızmar istilər nəticəsində 200-ə qədər insan həyatını itirib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 200-dən çox sakin isti havanın törətdiyi fəsadlarla bağlı həkimlərə müraciət edib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda Hindistanın bəzi bölgələrində termometrlər 50 dərəcəni göstərir.

Müvafiq qurumlar sakinlərə vacib olmadıqca evlərini tərk etməməyi tövsiyyə edib. Dənizə gedə bilməyən sakinlər isə sərinləmək üçün yeri sulayaraq, üstünə uzanırlar.

Qeyd edək ki, son 8 ildə Hindistanda qızmar istilərdən ümumilikdə 6 mindən çox insan dünyasını dəyişib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir