İqtisadiyyat

Nazir müavini: “Azərbaycan dünya bazarına 2 166 adda məhsul çıxarır”

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çox olub.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib.

“2019-cu ilin ilk 5 ayında kənd təsərrüfatı məhsullarının ixracı 37,6%, qeyri-neft sənayesi məhsullarının ixracı isə 15,6% artırıb. Bu gün Azərbaycan dünya bazarında 2 166 adda məhsul çıxarır”, – deyə o, qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir