Azərbaycanda bəzi xidmət sahələrinin işçilərinin ən azı 80 faizi COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalıdır.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tələb 2021-ci il iyulun 1-dən etibarən qüvvəyə minəcək.
Bildirilib ki, bəzi xidmət sahələri dedikdə Bakı Metropoliteni, şəhərlərarası və rayonlararası sərnişindaşıma, dini ibadət yerləri, çimərliklər, idman zalları, iri ticarət mərkəzləri nəzərdə tutulur.