Manşet

Göyçayda kollecdə rəsmən BAZAR AÇIBLAR… – İDDİA

“Göyçay Kollecinin direktoru İrşad Abbasov rüşvət yıgmaq üçün Təhsil Nazirinin verdiyi qərarı belə pozmaqdan qorxmur.Pandemiya dövrünün tələblərinə uygun olaraq Ali və orta ixtisas müəssisələri distant təhsil formasına keçirildi.”
Bunu saytımızın poçtuna göndərdiyi məqaləsində müəllif Natiq Heydərov yazır. Daha sonra müəllif yazır:
“Bu müddət ərzində yaranan internet və digər problemlərdən dolayı Nazirlik tədris müəssisələrinə bu çətinlikləri nəzərə almağı, tələbələrin kreditinin yaranmaması üçün onlara güzəşt olaraq ən azı keçid balı yazmagı və smestr imtahanlarında kəsr saxlamamagı birmənalı olaraq tapşırdı.Baxmayaraq ki, bu tələb bundan öncəki smestrlərdə nəzərə alınmışdır. Amma indi görünən budur ki, direktor İ Abbasov qanunsuz gəlir əldə etmək üçün artıq bu güzəştin olmayacağını və nazirliyin qərarını saya salmadığını açıq aşkar bəyan edir. Az qala bütün şöbələrə və müəllimlərə bu qanunsuz əmri icra etməyi tapşırır. Bunu direktor kimi yenidən təsdiq olunduğu zaman müəyyən xərcə düşdüyünü, burda yuxarılarında payı oldugunu işarə etməklə özünə haqq qazandırmağa çalışır. Vaxtı ilə gedin hamıya deyin ki mən dəliyəm, mən rüşvət almıram deyən insan indi rüşvətin dəlisinə çevrilib. Görünən budur ki İ Abbasov ömrünün qürub vaxtında əlinə düşən bu imkanı maksimum dəyərləndirməyə çalışır.Axı bir neçə il əvvəl adi qoruq işçisi, ixtisasca ekoloq olan bu şəxs görmədiyi günə düşüb.Yaşının 65 ci ilində (pensiya yaşın çatmış) nazirlikdə ümumitəhsil şöbəsinin müdür müavini işləyən oglu Orxan Abbasovun vasitəsi ilə böyük bir təhsil ocağına direktor təyin olundu.Çox qısa zamandan sonra təhsilə fayda vermək üçün yox, özünə pul-para qazanmaq arzusu ilə gəldiyi üzə çıxdı.Bu direktorun əməlləri barədə mütəmadi olaraq mətbuatda məqalələr dərc edilib.Bu yaxınlarda isə təhsil ocağında quraşdırılan atapleniya sistemini belə pul naminə sökdürüb satdırdığını kollecdə hər kəs bilir.

Bütün bunlarla bərabər görünən odur ki İ Abbasov respulikada korrupsiya və rüşvətxorluğa qarşı gedən mübarizəni unudur.Necə deyərlər artıq tamah baş yarar.Hər halda Təhsil Nazirliyi yerində olmayan bu şəxsin əməllərini araşdıracaq və qanuni ölçü götürəcək.”
Teref.az olaraq adı çəkilən müəsisə ilə əlaqə saxlamaq ücün zəng etsəkdə, cavab verən olmadı. Kollecin elektron poçt adresini isə tapa bilmədik. Lakin buna baxmayaraq, bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir