Manşet

35 üzvü olan Azərbaycan hökuməti… – Aralarında 21 ildir nazir olan da var

Hazırda Nazirlər Kabinetinin 35 üzvü var. Kabinetə daxil olanlardan 4-ü Baş nazir və onun müavinləri, qalanları isə nazirlik, agentlik və xidmətlərin rəhbərləridir.

Hazırda qurum rəhbərlərindən Gənclər və İndman naziri, eləcə də Səhiyyə naziri postu boşdur. Gənclər və İdman naziri Azad Rəhimov rəhmətə gedib, Səhiyyə naziri Oqtay Şirəliyev isə ölkə başçısının sərəncamı ilə vəzifədən azad olunub.

Cebhe.info bu dəfə Nazirlər Kabinetinin üzvlərinin vəzifə müddətlərini araşdırıb. Maraqlıdır, hazırkı hökumət üzvləri neçə ildir vəzifədədir?

*Baş nazir Əli Əsədov 2019-cu il 8 oktaybrda bu posta təyin olunub.

*Baş nazirin I müavini Yaqub Eyyubov 2003-cu il 14 fevralından, Baş nazirin müavinləri Əli Əhmədov 2013-cu il 22 oktyabrından, Şahin Mustafayev isə 2019-cu il 22 oktyabrdan hazırkı vəzifələrini icra edirlər.

*Daxili İşlər nazir Vilayət Eyvazov 2019-cu il 20 iyundan, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 2018-ci il 24 apreldən, Energetika naziri Pərviz Şahbazov 2017-ci il 12 oktaybrdan, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 2006-cı il 6 fevraldan, Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci il 20 apreldən, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2018-ci ilin aprelindən, Kənd Təsərrüfatı naziri İnam Kərimov 2018-ci ilin 22 aprelindən, İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu il 24 oktaybrından, Maliyyə naziri Samir Şərifov 2006-cı il 18 aprelindən vəzifə tutur.

Mədəniyyə naziri Anar Kərimov 2021-ci il 5 yanvardan, Müdafiə naziri Zakir Həsənov 2013-cu il 22 oktyabrdan, Müdafiə Sənayesi naziri Mədət Quliyev 2019-cu il 20 iyundan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev 2021-ci il 26 yanvardan, Təhsil naziri Emin Əmrullayev 2020-ci il 28 iyuldan, Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il 16 iyuldan hazırkı vəzifələrinə təyin olunublar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2020-ci ilin 11 martında, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2018-ci ilin 24 aprelində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2014-cu ilin 22 iyununda, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ilin 24 aprelində, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2015-ci ilin 14 avqustunda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2020-ci il 8 yanvarında, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayev 2018-ci il 22 aprelində hazırkı vəzifələrinə təyinat alıblar.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2018-ci il 24 apreldən, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2002-ci il 31 iyuldan, Dövlət Təhükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 2019-cu il 20 iyundan, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 2015-ci il 14 dekabrdan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 2012-ci il 14 fevraldan hazırkı vəzifələrini tuturlar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə 2018-ci ilin 24 aprelindən hazırkı vəzifəyə təyinat alıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir