Manşet

Fuad Hacıyevlə bağlı ilginc iddialar… – Sən demə…

Məlumat üçün bildirək ki, 1930- cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu yaradıldı.
1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.
Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyişi 1997-ci ildən – İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib.
İdman sahəsində xeyli dünya səviyyəli uğurlarımız olub.
1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib.
Uzun müddət İdman Akademiyasına millət vəkili, boksyor Ağacan Abiyev rəhbərlik edib.
2015-ci ildə boksyor Ağacan Abiyev hansısa səbəbdən rektor vəzifəsindən azad edildi. Amma rektor olduğu dövrdə böyük maliyyə sahibi oldu.
2015-ci ildə isə akademiyaya yeni rektor təyin olundu.
Bu Hacıyev Fuad Hacı oğludur.
Fuad Hacıyev Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirib.
“Mühəndis-texnoloq” olan Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.
Bax, dünyanın heç bir yerində yeyinti texnoloqu İdman Akademiaysının rektoru ola bilməz. Amma bizdə olar. Həm də necə.
Təzə rektor təhsilin keyfiyyətini yüksəltmək, mühüm yeniliklər həyata keçirmək əvəzinə akademiyada ”yeyinti”dən başladı.
Fuad Hacıyev çoxillik pedaqoji təcrübəyə malik şəxsləri işdən çıxarıb yerinə özünə yaxın bildiyi naşı adamı təyin edib. Əlbəttə, qarşılığında nəsə olmaqla. İdmana heç bir dəxli olmayan şəxslər akademiyada vəzifə tutdular.
Çünki Fuad Hacıyev özü elm və təhsil adamı olmadığı üçün onu ifşa edə biləcək bu cür elmi tədbirlərə meyilli deyildir. O, ancaq müəllimləri attestasiya ilə hədələyir.
Rektor imtahanların suallarını gizli saxlayır, tələbələrə ”gəlir mənbəyi” kimi baxır.
Bir sözlə, rektor daşıdığı vəzifənin dəyərlərinə uyğun olmayan hərəkətlər edir.
Rektorun digər əməlləri ilə bağlı növbəti yazıda. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir