Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrindən olunan şikayətlər qismən azalıb.
Saytı məlumatlandıran mənbəyə görə, son bir ayda 1-ci müavin, Azərbaycan Respublikasının Səhiyyə naziri əvəzi Teymur Musayevin müavinlərinə inamsızlığı və nazirlikdə barmaqla sayılacaq şəxslərə inanması müəyyən sağlamlaşdırma prosesinin əsasını qoyub.
Faktinfo.az saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, nazir əvəzi Teymur Musayev müavinləri – Nigar Əliyevaya, Elsevər Ağayevə və Rəhim Əliyevə heç bir halda inanmır, onlara etibar etmir.Həmçinin nazir əvəzi səhiyyə sistemində vəzifəli şəxslərin himayə edilməsini də tormozlayıb.Belə ki,himayə edilən şəxslərin qısa müddətdə müəyyənləşdirildiyi, həmin vəzifəlilər üzərində nəzarətin gücləndirildiyi, onların səhvlərinin ört-basdır edilməsinin artıq çətin olduğu qeyd edilir.
O da vurğulanır ki, Səhiyyə naziri əvəzi Teymur Musayevin daha çox etibar etdiyi digər müavin Viktor Qasımov və Elm Kadr və Təhsil şöbəsinin müdiri Səidə Rüstəmova heç kimə güzəşt etmədən baş verən istənilən neqativ hadisəni, şikayətləri ciddi şəkildə araşdırırlar, onlara verilən tapşırıqları xətasız icra edirlər.
Bu isə təxminən o deməkdir ki, səhiyyənin hesabına apteklərə, bahalı avtomobillərə, obyektlərə, mənzil və villalara sahiblənən vəzifəli şəxslərin topladıqları milyonların aqibəti sual doğurur.